​"Mançester Yunayted"in hücumçusu Coşua Zirkzee İtaliya A Seriyasına keçməkdən imtina edib.

Offsideplus.az xəbər verir ki, niderlandlı futbolçu "Fiorentina"nın 5 milyon avro icarə və 30 milyon avro satınalma opsiyasını ehtiva edən təklifini rədd edib.

​Digər tərəfdən, Conatan Devidin komandanı tərk etməsi ehtimalına qarşı hazırlıq görən "Yuventus" "Mançester Yunayted"lə əlaqə saxlayaraq Zirkzee üçün müraciət edib. Turin təmsilçisi gənc hücumçunu heyətinə qatmaq üçün variantları dəyərləndirir.