İngiltərənin "Sanderlend" klubu "Marsel"in braziliyalı cinah oyunçusu İqor Paixao üçün rəsmi təklif irəli sürüb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 26 yaşlı futbolçu üçün Fransanın "Marsel" klubuna 31 milyon avro əsas ödəniş və 9 milyon avro bonuslar olmaqla ümumilikdə 40 milyon avroluq paket təqdim edib.

​Transfer pəncərəsinin son günlərində reallaşması gözlənilən bu keçidlə bağlı tərəflər arasında danışıqların davam etdiyi bildirilir.