"Real Madrid" rəhbərliyi "Qalatasaray"ın transfer təklifini rədd edib.
Offsideplus.az xəbər verir kix İstanbul təmsilçisinin Fransa millisinin və "Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa üçün irəli sürdüyü 40 milyon avroluq rəsmi təklif İspaniya nəhəngi tərəfindən qəbul olunmayıb.
Sarı-qırmızılı rəhbərlik "Real Madrid"ə bu məbləğin son təklif olduğunu və bundan yuxarı qalxmayacaqlarını bildirib.
Tərəflər arasında baş tutan danışıqlarda 23 yaşlı futbolçunun özünün "Qalatasaray"ın təklif etdiyi şərtlərlə razılaşdığı və keçidə müsbət yanaşdığı qeyd olunsa da, "Kral klubu"nun razılıq verməməsi səbəbindən transfer hələlik raunddan çıxarılıb və təxirə salınıb.



