Anar Hacıyev "LANDAU Lions" klubundakı fəaliyyətini davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin sabiq basketbolçusu yeni mövsümdə də komandanın məşqçilər korpusunda yer alacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, klub daha əvvəl baş məşqçi Erhan Tokerlə də müqavilənin müddətini 1 illik uzadıb.