Ulduz forvard Ceylen Braun "Boston Seltiks"də keçirdiyi illərə görə Boston sakinlərinə emosional vida nitqi ilə təşəkkür edib. O, şəhərdə təşkil olunan vida tədbirində çıxış edərək, yerli insanlara olan sevgisini və minnətdarlığını ifadə edib.
Offsideplus.az xəbər verir ki, Braun çıxışında bunları deyib: "Mən sizi hamınızı çox sevirəm. Bu şəhərə gələndə demişdim ki, Boston üçün sonadək mübarizə aparacağam. Burada çox gözəl insanlarla tanış oldum. Elə insanlar var idi ki, ictimai fəaliyyətimdə mənə dəstək oldular, yolumda motivasiya verdilər. Hətta özümə inamım az olanda belə, məni ruhlandıranlar oldu. Sadəcə Bostona, bu şəhərə təşəkkür etmək istəyirəm və sizi sevirəm". Qeyd edək ki, Braun "Boston Seltiks"də 10 il çıxış edib və vida tədbirində təxminən 10 min insan iştirak edib.


