24 qat "Böyük Dəbilqə" çempionu Novak Cokoviç 20 ildən artıq vaxtdan sonra ("Australian Open 2006") ilk dəfə "Böyük Dəbilqə" turnirinin ilk mərhələsində məğlub olub.
Offsideplus.az xəbər verir ki, serbiyalı tennisçi "Artur Eş" kortunda 4 saat 36 dəqiqə davam edən matçda Mariano Navoneyə 6:7(4), 7:5, 6:4, 2:6, 1:6 hesabı ilə uduzub.
Bu, Cokoviçin karyerası ərzində iştirak etdiyi 20 "US Open" turnirində ilk mərhələdə yaşadığı ilk məğlubiyyətdir.


