İngiltərənin "Tottenhem" klubu gənc vinger Mayki Muru mövsümün sonuna qədər Almaniyanın "Köln" komandasına icarəyə göndərib.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı futbolçunun icarə müqaviləsində alman klubunun satınalma hüququ nəzərdə tutulmayıb. Ötən mövsüm Mayki Mur "Reyncers"də icarə əsasında çıxış edib və Şotlandiya çempionatında 33 oyunda 7 qol, 3 assistlə yadda qalıb.


