Portuqaliyanın "Benfika" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Lissabon təmsilçisi "Köln"ün 24 yaşlı sol cinah cinah oyunçusu Yakub Kaminskini heyətinə qatıb.

​Bu transfer üçün "Benfika" Almaniya klubuna 17 milyon avro təzminat ödəyəcək. Razılaşmaya əsasən, polşalı futbolçunun növbəti satışından əldə olunacaq gəlirin 10%-i da "Köln"ə veriləcək.

​Polşa millisinin üzvü yeni klubu ilə 2031-ci ilin iyun ayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıb.