Portuqaliya Kubokunun finalında dünya futbolunda nadir bənzəri görünən tarixi bir sensasiya yaşanıb.
Offsideplus.az xəbər verir ki, ölkənin II Liqasında mübarizə aparan "Torreense" klubu finalda nəhəng "Sportinq" klubunu 2:1 hesabı ilə məğlub edərək kubokun sahibi olub.
"Estadio Nasional" stadionunda baş tutan gərgin qarşılaşmanın əsas detalları:
-
II Liqa təmsilçisi matçın hələ 3-cü dəqiqəsində Kevin Zohinin qolu ilə önə keçib. "Sportinq" 53-cü dəqiqədə Luis Suaresin qolu ilə tarazlığı bərpa etsə də, əsas vaxt 1:1 hesabı ilə başa çatıb və oyun uzatmalara gedib.
-
Uzatma dəqiqələrində, daha dəqiq desək 108-ci dəqiqədə "Sportinq"in futbolçusu Maksimiliano Arauxo qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub və öz qapılarına penalti təyin edilib. 112-ci dəqiqədə "Torreense"nin heyətində Stopira penaltini dəqiq yerinə yetirərək komandasına tarixi qələbəni qazandırıb.
Avropa Liqasına birbaşa vəsiqə: Bu inanılmaz qələbə sayəsində Portuqaliya II Liqasının təmsilçisi olan "Torreense" növbəti mövsüm birbaşa UEFA Avropa Liqasının qrup (liqa) mərhələsində oynamaq hüququ qazanıb. "Sportinq" isə çempionatı ön sıralarda bitirdiyi üçün yoluna UEFA Çempionlar Liqasında davam edəcək.


