Azərbaycan klubları üçün avrokubok mövsümü start götürüb.
Offsideplus.az xəbər verir ki, ilk olaraq təmsilçilərimizdən "Sabah" meydana çıxıb.
"Bayquşlar" öz meydanında Uelsin TNS klubunu məğlub etməyi bacarıb - 2:0.
Bu qələbə Azərbaycana 0.250 reytinq xalı qazandırıb.
Qeyd edək ki, Azərbaycan ötən mövsümlə müqayisədə bir pillə yuxarı qalxaraq 26-cı pilləyə yüksəlib.
Buna səbəb isə artıq 2021/22 mövsümünün nəticələrinin nəzərə alınmamasıdır. UEFA yalnız son 5 mövsümdəki nəticələri toplayaraq ölkələrin reytinq cədvəlini hazırlayır.


