"Marsel"in hücumçusu Meyson Qrinvud Fransa klubunu tərk etmək üzrədir. 

Offsideplus.az xəbər verir ki, "Foot Mercato"nun yaydığı məlumata görə, Liqa 1 təmsilçisi "Fənərbağça" ilə transfer razılığına çox yaxınlaşıb.

"Mançester Yunayted"in sabiq forvardının büdcədə yer açmaq məqsədilə bu yay Marsel klubundan ayrılacağı onsuz də gözlənilirdi. 25 yaşlı futbolçu özü də komandada keçirdiyi iki mövsümdən sonra buradan getmək istəyirdi. 

Qrinvuda "Roma" və "Atletiko Madrid" kimi klublar maraq göstərsə də, mübarizədə qalib gəlməyə ən yaxın tərəf Türkiyə nəhəngi "Fənərbağça"dır. Ötən bazar günü tərəflər arasında danışıqların gərgin keçdiyi, İstanbul klubunun təklif etdiyi 30 milyon avronun "Marsel"i qane etmədiyi vurğulanırdı.

Lakin son məlumatlara görə, "Fənərbağça" artıq Fransa klubunun tələb etdiyi transfer şərtlərini ödəməyə hazırdır. Futbolçu özü də bu keçidə "yaşıl işıq" yandırıb. Qrinvudun ətrafındakı şəxslər transferin yaxın günlərdə tam rəsmiləşəcəyinə əmindirlər.