"Zirə" bu gün Konfrans Liqasında mübarizəyə start verib. 

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Gürcüstanın "Torpedo" (Kutaisi) klubunu qəbul edib.

Görüş Sumqayıtdakı “SOCAR Polymer Arena"da keçirilib.

Qeyd edək ki, cavab oyunu iyulun 16-da baş tutacaq.

Konfrans Liqası, I təsnifat mərhələsi

20:00 "Zirə" 3:0 "Torpedo"

Qol: Ruan (32', 64'), Davit Volkov (48')

Hakim: Yoni Hyuyutiya (Finlandiya)

Stadion: “SOCAR Polymer Arena" (Sumqayıt)