"Real Madrid" klubu ötən mövsüm komandanın heyətində bir dəqiqə belə meydana çıxmayan futbolçuların satışından ümumilikdə 125 milyon avro gəlir əldə etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, ​Madrid təmsilçisi gənc istedadların transfer müqavilələrinə daxil etdiyi xüsusi bəndlər və düzgün idarəetmə sayəsində böyük bir maliyyə uğuruna imza atır.

Klubun akademiyası və ya əvəzedici heyətindən ayrılan oyunçuların növbəti transferlərindən gələn paylar "kral klubu"nun büdcəsini ciddi şəkildə zənginləşdirib.

​Klubun xəzinəsinə daxil olacaq vəsaitin futbolçular və klublar üzrə bölgüsü aşağıdakı kimidir:

  • ​Niko Pas: "Komo" klubuna transferindən – 60 milyon avro
  • ​Viktor Munyos: "Liverpul" klubuna transferindən – 25 milyon avro
  • ​Mario Xila: "Milan" klubuna transferindən – 15 milyon avro
  • ​Alvaro Rodriges: "Bornmut" klubuna transferindən – 12.5 milyon avro

​Ekspertlər bu hadisəni müasir futbolda unikal idman menecmenti nümunəsi kimi qiymətləndirirlər. "Real Madrid" gənc oyunçularını əsas heyətə sala bilməsə belə, onların sonrakı karyera yüksəlişindən maksimum dərəcədə qazanc əldə etmək strategiyasını uğurla davam etdirir.