Misir Futbol Assosiasiyası DÇ-2026-nın 1/8 finalında Argentina ilə keçirilən matçın (2:3) hakimliyi ilə bağlı FİFA-ya etiraz ərizəsi təqdim edib.

Offsideplus.az xəbər verir ki, afrikalılar qarşılaşmanın baş hakimi Fransua Leteksienin bəzi qərarlarından narazıdırlar. Onların fikrincə, fransalı referi rəqibin qələbəsində "həlledici rol" oynayıb.

Misir Futbol Assosiasiyası şikayətində oyundakı mübahisəli epizodların araşdırılmasını tələb edib və fransalı hakimlər briqadasının turnirin növbəti oyunlarından kənarlaşdırılmasını xahiş edib.