"Barselona" basketbol klubu növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, İspaniyanın "Sport" nəşrinin yaydığı məlumata görə, Kataloniya təmsilçisinin rəhbərliyi bu posta dörd namizəd müəyyənləşdirib.

Klubun baş məşqçi siyahısında Ergin Ataman, Yannis Sferopulos, Velimir Perasoviç və Serco Skariolo kimi təcrübəli mütəxəssislərin adları yer alır. Rəhbərliyin yaxın vaxtlarda yekun qərarı verəcəyi gözlənilir.

Qeyd edək ki, "blauqrana" ötən günlərdə Xavi Paskualla yollarını ayırmışdı.