"Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu, turnirin bu gün baş tutan püşkatma mərasimində məlum olub.

Təmsilçimiz turnirin əsas mərhələsində A qrupunda yer alıb. "Sabah" qrupda Türkiyənin "Trabzonspor", Fransanın "Nanter 92" və Litvanın "Ritas" klubları ilə gücünü sınayacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına oktyabrın 6-da start veriləcək.