"Landau Lions" basketbol komandasının FIBA Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu, turnirin bu gün keçirilən püşkatma mərasimindən sonra bəlli olub.
Təmsilçimiz turnirin II təsnifat mərhələsinin 1/8 finalında Latviyanın "VEF Riqa" kollektivi ilə qarşılaşacaq.
Bu mərhələnin qarşılaşmaları sentyabrın 14-dən 20-dək olan aralıqda baş tutacaq.


