İkinci Bundesliqanın 24-cü turu çərçivəsində “Duysburq” və “İnqolştadt” komandaları arasında keçirilən oyun zamanı meydan sahiblərinin qapıçısı su içmək qərarına gələrkən qonaqların hücumunu nəzərdən qaçırıb.

Offsideplus.az xəbər verir ki, hesab meydan sahiblərinin xeyrinə olarkən “İnqolştadt”ın hücumçusu Mark Flekken qapıçının kobud səhvindən istifadə edərək tarazlığı bərpa edib.

Bununla belə “Duysburq2 futbolçuları qələbə qazan biliblər.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.