Alvaro Morata titul uğrunda yarışın sonuna qədər "Yuventus"un mübarizə aparacağını açıqlayıb.
Offsideplus.az "Sky İtalia"ya istinadən xəbər verir ki, 28 yaşlı forvard Turin təmsilçisinin meydanda son nəfəsə qədər mübarizə aparandan sonra tituldan əl çəkəcəyini deyib.
"Asan mövsüm olmadı, 3 gündən bir oyuna çıxırıq və bir neçə əsas oyunçumuzun köməyindən məhrumuq. Qalib gəlməsək, o zaman çempionu təbrik edəcəyik. Lakin öncə "meydanda can qoyacağıq" ki, bizə desinlər, artıq əldə edəcəyiniz xallar yoxdur. Son ana qədər mübarizə aparacağıq".