"Napoli" klubunun futbolçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının 1/4 finalında "Milan"la oyunu buraxacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun prezidenti Aurelio de Laurentis məlumat verib.
De Laurentis Osimhenin əvəzinə Qakomo Raspadorinin meydana çıxmasının gözlənildiyini bildirib.
Sabah keçiriləcək "Milan" - "Napoli" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.