Azərbaycan və Macarıstan futbol yığmaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşünün yeri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, oyun Mərdəkanda yerləşən "Liv Bona Dea Arena"da gerçəkləşəcək.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Qarşılaşma iyunun 10-da keçiriləcək. Matçın başlanma saatı hələlik açıqlanmayıb.