Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyunu çərçivəsində San Marino ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, matç Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. 

Qeyd edək ki, yığmamız ilk yoldaşlıq oyununda Maltaya 2:0 hesabı ilə uduzub.

9 iyun

22:00. Azərbaycan – San Marino

Baş hakim: Marton Ruş

Baş hakimin köməkçiləri: Balaş Şert, Balaş Şalai

Dördüncü hakim: Bençe Çsonka

(Hakimlər briqadası Macarıstandandır)

Sombatxey, “Haladaş” stadionu