İtaliyanın "Atalanta" klubu baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Baş məşqçi ilə birgə onun köməkçiləri Stefano Çitterio, Federiko Peluzo, Fabio Korabi, Nikola Riva, Mattia Kazella, Andrea Ramponi və Andrea Berti də vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, Palladino ötən ilin noyabrında bu posta təyin edilmişdi.