Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq. Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, son tur öncəsi qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.

9 iyun

21:00. Şimali Makedoniya  – Azərbaycan

Baş hakim: Teona Sturua

Baş hakimin köməkçiləri: Elene Eloşvili, Sopo Tsulaya

Dördüncü hakim: Tamta Şengelia

(Hakimlər briqadası Gürcüstandandır)

Bitola, “Petar Miloşevski” stadionu