“Zirə” daha bir futbolçusu ilə yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, qəsəbə təmsilçisi ilə Anatoli Nuriyev arasında bağlanmış müqavilə başa çatıb.

Klub futbolçu ilə müqaviləni yeniləməyib.

Qeyd edək ki, yarımmüdafiəçi bu ilin fevral ayında “Sabah”dan “Zirə”yə keçmişdi.