Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığmasına ikinci yoxlama oyununda da uduzub.


Offsideplus.az xəbər verir ki, matç bu gün Qəbələ şəhər stadionunda baş tutub.

Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda Qazaxıstan millisi 5:2 hesabı ilə qələbə qazanıb.