Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yıması UEFA Millətlər Liqasının C Liqasının 4-cü qrupunda ikinci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Litva komandası ilə qüvvəsini sınayıb.

Matç Litvanın paytaxtı Vilnüsdə yerləşən “Jalgiris” stadionunda baş tutub. Qarşılaşmanın milli komandamızın üstünlüyü ilə başa çatıb - 2:0.

Xatırladaq ki, milli komandamız birinci turda Monteneqro ilə heç-heçə oynamışdı - 0:0. 

4 aprel

Litva (Qadınlar) - Azərbaycan (Qadınlar) 0:2

Qollar: Esra Manya, 21, Nigar Mirzəliyeva 55

Jalgiris stadionu. Saat 19:30

Baş hakim: Marina Zechner

Baş hakimin köməkçiləri: Biljana Iskin, Linda Thieme

Dördüncü hakim: Lena Hirtl

(Hakimlər briqadası Avstriyadandır)