Futbol üzrə I Liqada yarışan "Mingəçevir" klubunun sabiq futbolçusu Muxtar Nəzərli ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu göndərilib.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalının bugünkü iclasında məlumat verilib.
Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə bu il yanvarın 30-da AFFA İntizam Komitəsi tərəfindən futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
O, Apellyasiya Arbitraj Tribunalına müraciət edərək, cəzanın ləğv olunmasını istəyb. Lakin Baş Prokurorluğa sorğu göndərildiyi üçün apellyasiya şikayətinə baxılması təxirə salınıb.
Qeyd edək ki, M.Nəzərlinin 22 yaşı var.