Serbiyanın Zlatibor şəhərində təşkil olunan Gimnaziadada Azərbaycanı 30 güləşçi təmsil edəcək.

Offsideplus.az xəbər verir ki, yarışda güləş üzrə U15 milli komandalarımızın üzvləri mübarizə aparacaqlar.

Aprelin 6-da məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin rəhbərliyi altında Elman İsmayılov (38 kq), Hüseyn Rzazadə (41 kq), İbrahim Həsənov (44 kq), Tamerlan Namazlı (48 kq), Fərid Hüseynli (52 kq), Elcan Həsənov (57 kq), Məhəmməd Həsənli (62 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Tural Eynullayev (85 kq) sərbəst güləşçilərin yarışında çıxış edəcək.

Növbəti gün məşqçilər Həsrət Məmmədyarovla Solmaz Adilovanın rəhbərliyi altında qızlar xalçaya çıxacaq. Heyətdə Gülay Xasməmmədova (33 kq), Gülxanım Şirinova, Vidan Babayeva (hər ikisi 39 kq), Gülnar Ağadadaşova (42 kq), Məryəm Hacıyeva (46 kq), Günel Kərimli (50 kq), Məryəm Əmrəli (54 kq), İnci Abdullayeva (58 kq), Rəna Nuriyeva (62 kq) və Simurə Abdullayeva (66 kq) yer alıb.

Aprelin 8-də isə məşqçilər Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında yunan-Roma güləşçiləri mübarizə aparacaq. Bu yarışda Hüseyn Əmrahlı (38 kq), Əli Cavadlı (41 kq), Amin Məmmədov (44 kq), Abdurrahman Hüseynli (48 kq), Qurban Məcnunov, Hüseyn Mustafazadə (hər ikisi 52 kq), Eldəniz Allahverdiyev (57 kq), Əli Məmmədov (68 kq), İsfahan Həsənov (75 kq) və Zöhrab Səfərov (85 kq) uğur qazanmağa çalışacaq.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da başlanacaq. Gimnaziadada ölkəmizdən II dərəcəli hakim Eldar Məmmədov ədaləti qoruyacaq.

Gimnaziada 15 yaşadək idmançılar arasında müxtəlif növlər üzrə keçirilir. Yarışın rəsmi açılış mərasimi sabah baş tutacaq.