İtaliya klubu "Latsio" baş məşqçi postuna Okan Buruku gətirməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "qartallar" son vaxtlar stabil çıxış etmir. Buna görə də çalışdırıcı Marko Baroninin komandada gələcəyi sual altındadır.
Bu barədə "Takvim" nəşri məlumat yayıb.
O. Buruk 2022-ci ildən "Qalatasaray"a başçılıq edir. O, hazırda "sarı-qırmızılar"la ardıcıl 3-cü çempionluğu qazanmaq istəyir.
Xatırladaq ki, 51 yaşlı mütəxəssis futbolçuluq karyerasında İtaliyada çıxış edib. O, 3 il "İnter"in formasını geyinib. Türkiyəli çalışdırıcı italyan dilində də danışa bilir.