Rusiyalı hokkeyçi Aleksandr Oveçkin tarixi rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı idmançı NHL -in müntəzəm çempionatında 895-ci qolunu vurub. O, bununla da əfsanəvi Ueyn Qretzkini (894) geridə qoyub.
Oveçkin 2004-cü ilin draftında "Vaşinqton Kepitalz" tərəfindən seçilib. O, hələ də eyni komandada çıxış edir.
Rusiyalı 2018-ci ildə Stenli Kubokunun qalibi olub.