"Sabah" klubunun serbiyalı futbolçusu Boyan Letiç Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Offsideplus.az PFL-ə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin yubiley matçı çempionatın XXIX turunda “Kəpəz”lə görüşə təsadüf edib.

Start heyətdə yer alan L.Boyiç 100-cü oyununda məğlubiyyətə üzülüb (0:1).

Qeyd edək ki, sözügedən futbolçu "Sabah"da 2022-ci il fevralın 27-də “Neftçi” ilə ev qarşılaşmasında debüt edib. Legioner indyədək 4 dəfə rəqib qapılarına yol tapıb.