Türkiyənin I Liqasında mübarizə aparan "Boluspor" klubunun azərbaycanlı futbolçusu Vüsal İsgəndərli növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, həmvətənimiz 2 aydan sonra əsas heyətə düşməyi bacarıb.
29 yaşlı hücumçu XXXIII tur çərçivəsində "Sakaryaspor"la görüşdə 86-cı dəqiqəyədək meydançada olub və komandasının 3:1 hesablı qələbəsinə töhfə verib.
Qalibiyyət sayəsində xalını 48-ə çatdıran "Boluspor" 8-ci pilləyə yüksəlib.
Xatırladaq ki, Vüsal axırıncı dəfə fevralın 6-da Türkiyə Kuboku uğrunda yarışda "Qalatasaray"la ev matçında ilk "11-lik"də yer almışdı. O, həmin qarşılaşmada hesabı açsa da, "Cim Bom" ardınca 4 qol vurmuşdu.