Kataloniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Rafinya UEFA Çempionlar Liqasının Dortmund "Borussiya"sı ilə keçirilən 1/4 final mərhələsinin ilk oyununda (4:0) bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, bununla da braziliyalı futbolçu Lionel Messinin "Barselona" forması ilə Çempionlar Liqasında "qol+pas" üzrə ən yaxşı mövsüm göstəricisinə bərabərləşib.
Hazırda Rafinhanın bu mövsüm Çempionlar Liqasında ümumilikdə 19 məhsuldar hərəkəti var – 12 qol və 7 asist. Beləliklə, o, Messinin 2011/2012 mövsümündə əldə etdiyi rekordu təkrarlayıb. Həmin mövsümdə Messi 14 qol və 5 ötürmə ilə yadda qalmışdı.
Ümumilikdə isə Rafinya cari mövsümdə bütün turnirlərdə 44 oyuna çıxıb, 27 qol vurub və 20 məhsuldar ötürmə edib.