"Barselona"nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Dortmund "Borussiya"sına qarşı dubl edib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi bu görüşdə 4:0 hesablı qələbə qazanıb. Beləliklə, 36 yaşlı polşalı forvard Avropanın ən nüfuzlu klub turnirində daha əvvəl heç kimin bacarmadığı bir uğura imza atıb. 

Levandovski Çempionlar Liqası tarixində bir mövsümdə üç fərqli klubda – Dortmund "Borussiya"sı, Münhen "Bavariya"sı və "Barselona" – 10 və ya daha çox qol vuran ilk futbolçu olub.

Ümumilikdə isə Levandovskinin Çempionlar Liqasında 105 qolu var. O, bu göstərici ilə turnir tarixində üçüncü bombardirdir. Onun önündə yalnız Lionel Messi (129 qol) və Kriştiano Ronaldo (140 qol) yer alır.