AFFA İntizam Komitəsi Misli Premyer Liqasında yarışan "Kəpəz" və "Sumqayıt" klublarını cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, hər iki komanda XXIX turun oyunlarında yaşanan neqativ hallara görə cəriməyə məruz qalıb.
“Kəpəz”in azarkeşləri Masazır qəsəbəsində "Sabah" üzərində qələbədən (1:0) sonra pirotexniki vasiitələrdən istifadə ediblər. Bu səbəbdən Gəncə təmsilçisi 1500 manat cərimələnib.
“Araz-Naxçıvan” - “Sumqayıt” oyununda (2:0) isə qonaqların fanatları hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə, “Sumqayıt” 1000 manat cərimə ödəməlidir.