Azərbaycan Basketbol Liqasında (ABL) IX tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, son gündə tək oyun baş tutacaq.
"Abşeron Lions" "Neftçi"ni qəbul edəcək.
"Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 16:00-da başlayacaq.
A qrupunda mübarizə aparan komandalardan "Abşeron Lions" 15 xalla 2-ci. 9 xala malik "Neftçi" isə 4-cü yerdədir.



