Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan yığması AVRO-2029-un seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda doğma meydanda Şimali Makedoniya seçməsini sınağa çəkəcək. Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, millimiz turnir ərzində Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olsa da, İrlandiya üzərində (76:75) qələbə qazanmağı bacarıb.

3 turdan sonra A qrupunda hazırkı vəziyyət:

1. Şimali Makedoniya: 6 xal

2. Lüksemburq: 5 xal

3. Azərbaycan: 4 xal

4. İrlandiya: 3 xal