Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma C Liqasının 3-cü qrupu çərçivəsində Şimali Makedoniya seçməsini qəbul edib.

Yığmamız kapitan Sevinc Cəfərzadənin dublu ilə qələbə qazanıb - 2:0.

Qeyd edək ki, milli komandamız qrupdakı növbəti oyununu martın 7-də səfərdə Macarıstana qarşı keçirəcək. Felksut şəhərindəki "Panço Arena"da baş tutacaq həmin görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

15:00 Azərbaycan - Şimali Makedoniya 2:0

Qollar: Sevinc Cəfərzadə, 28, 78