"Flamenqo" klubu baş məşqçisi Filipe Luislə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb 40 yaşlı mütəxəssis və onun agenti Xorxe Mendeşlə yaşanılan anlaşılmazlıqlar olub.

Bu barədə klub məlumat yayıb.

Onun işinə 8:0 hesablı qələbədən sonra son verilib. 

Qeyd edək ki, "Flamenqo" Luis dönəmində 7 kubok qazanıb. Onlar gənc mütəxəssisin dövründə Cənubi Amerikanın ən böyük kuboku olan Libertadoresi də əldə edib.