Kişi basketbolçulardan ibarət Azərbaycan yığması AVRO-2029-un ilkin təsnifat mərhələsi çərçivəsində bu gün evdə Şimali Makedoniya milli komandası ilə üz-üzə gəlib. 

Offsideplus.az xəbər verir ki, komandamızın baş məşqçisi Tahir Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. O, oyunu belə şərh edib: 

"Çətin oyun oldu. Bu oyunu çox qazanmaq istəyirdik. Oyunun əvvəlində yaxşı başladıq. Müdafiəyə görə uşaqlara söz ola bilməz, yaxşı oynadılar. Xallarımızı dəyəlrləndirə bilmədik. Yorğunluqdan da çox şey asılıdır. Rəqibə 36 xal fərqlə uduzmuşduq. Bu gün bu xallara qalib gələ biliriksə, böyük bir şeydir. Son oyunlarda uşaqlar yaxşı müdafiə olundu. Uşaqlar özlərinə daha çox inanmağa çalışdılar. Azərbaycan Kubokunda 2 yerli oyunçu ilə meydanda olurlar, belə oyunlarda basketbolçuya oynamaq lazımdır. Bu da yığmaya müsbət təsir göstərir". 

Kapitan Amil Həmzəyev oyunu belə şərh edib: 

"Müdafiədə yaxşı oynadıq. Birinci periodu hücumla udmağa çalışdıq. Müdafiədə yaxşı oynamaq istəsək də, top itkisi səhvləri etdik. Rotasiyamız xal cəhətdən daraldı. 38-36 xal uduzduğumuz komandaya qarşı belə oynadıq. Qalib gələ bilərdik. Beyin olaraq o addımı ata bilmədik. Basketbol üçün çox gənc sayılmasalar da, belə yarışlarda ilk dəfə iştirak edirlər. İrlandiyada da eyni şeylə qarşılaşmışdıq, Van Bekin meydanı tərk etməsindən sonra ümid azalmışdı. Azarkeşlər bizi tək qoymadı, təşəkkür edirəm. Şərt tribunanı doldurmaq yox, bu ölkədə basketbolu sevdirməkdir. İnşallah növbəti son 2 oyunda da qalib gəlib, qrupdakı şanslarımızı dəyərləndirməyə çalışacağıq. 
Düşünürəm ki, kubok oyunlarının əks təsiri oldu. Ulaş və Cəbrayıl çox oyun keçirdilər, yorğun idilər. Van Bekə çox ehtiyac duyulurdu. 14 ildən sonra ilk dəfə səfər qələbəsi qazandığımız deyilir, amma bunun 11-12 ilində boşluq olub".