Jan Diomandenin "Real Madrid"ə keçidi agentlər arasında yaranan mübahisəyə görə gecikir.
Offsideplus.az xəbər verir ki, "Leypsiq"in 19 yaşlı vingerinin keçidi ilə bağlı hazırkı agentləri ilə əvvəlki nümayəndələri arasında anlaşılmazlıq yaranıb. Maxidel Management şirkəti, Diomandenin işlərini əvvəllər idarə etmişdi və hazırda futbolçunu təmsil edən Roc Nation agentliyini müqavilə şərtlərini pozmaqda ittiham edir. Bu səbəbdən məsələ FİFA-ya çıxarılıb.
Mübahisə həll olunana qədər futbolçuya müvəqqəti lisenziya verilməsi nəzərdə tutulur. Hər iki klub – "Real Madrid" və "Leypsiq" – prosesin şəffaf aparılmasında maraqlıdır, çünki komissiya haqlarının düzgün agentə ödənilməməsi cərimələrə səbəb ola bilər.
Qeyd edək ki, "Real Madrid" Diomande üçün "Leypsiq"ə bonuslarla birlikdə 135 milyon avro ödəyəcək.


