Tanınmış NBA oyunçusu Kris Pol müasir basketbolda boyun həlledici amil olmadığını bildirib və basketbol düşüncəsinin, oyunu anlamağın vacibliyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Pol bu barədə fikirlərini belə ifadə edib: "Hamı düşünür ki, sadəcə boyu uzun olduğu üçün növbəti Viktor Vembanyama olacaq. Elə bilirlər ki, boyu uzun olan hər kəs növbəti Kevin Durant ola bilər. Amma düşünürəm, Kevin özü də ilk olaraq deyər ki, sizə basketbol düşüncəsi və oyunu anlamaq qabiliyyəti lazımdır. Komandanı təşkil edə bilən, sistemi bilən, kombinasiyaları anlayan oyunçular vacibdir. Əgər qarşınıza 188 sm yox, 183-185 sm boyunda biri çıxsa, onun da uğurlu olacağına əmin ola bilərsiniz."

Kris Polun özü 183 sm boyu ilə NBA tarixinin ən yaxşı oyunqurucularından biri olub və 12 dəfə Liqanın All-Star oyununa seçilib.