"Milan" rəhbərliyi 66 yaşında vəfat edən klubun əfsanəvi müdafiəçisi Franko Barezinin xatirəsini əbədiləşdirmək üçün müxtəlif addımlar üzərində işləyir.
Offsideplus.az xəbər verir ki, əsas təkliflər sırasında "Milan"ın məşq mərkəzinə və ya gənclər bazasına Barezinin adının verilməsi yer alır. Azarkeşlər əfsanəvi futbolçunun gənc yaşlarından karyerasının sonunadək Mello bazasında çıxış etdiyini xatırladaraq bu addımı vacib sayırlar.
Digər bir variant isə "San-Siro" stadionundakı "Curva Sud" tribunasının adının dəyişdirilməsidir. Bu qərar üçün əlavə bürokratik prosedurlara və "İnter"in razılığına ehtiyac yoxdur. Eyni addımın 2031-ci ildə istifadəyə veriləcək yeni stadionda da reallaşdırılması mümkündür.


