Azərbaycanın U-18 milli komandasının və "Sabah" basketbol klubunun 16 yaşlı mərkəz oyunçusu Emmanuel Aqbason Xorvatiyada təşkil olunan FIBA U-18 Avropa Çempionatının "B" Divizionunda möhtəşəm çıxış nümayiş etdirib.
Offsideplus.az xəbər verir ki, gənc ulduz turniri bir neçə əsas statistik göstərici üzrə lider kimi tamamlayıb:
- Bloklar üzrə lider: Rəqib hücumlarının qarşısını almaqda turnirin ən yaxşısı olub.
- Ribaundlar üzrə lider: Səbətdən qayıdan topların toplanmasında 1-ci pilləni tutub.
- Effektivlik əmsalı üzrə lider: Ümumi faydalılıq (EFF) göstəricisinə görə çempionatın en dəyərli oyunçularından birinə çevrilib.
- Dabl-dabl sayına görə lider: Keçirdiyi oyunlarda topladığı xal və ribaundlarla dabl-dabl sayında zirvədə yer alıb.


