Kane Kaninqem yay transfer dövründə "Detroyt Pistons"un Ostin Rivzi heyətə qatmaq cəhdində şəxsən iştirak edib. Lider oyunçu müdafiəçi ilə danışıqlarda fəal rol alıb.
Offsideplus.az xəbər verir ki, "Detroyt Pistons" uğurlu mövsümdən sonra yayda heyətini gücləndirmək üçün ciddi addımlar atmaq niyyətində olub. Komanda 60 qələbə qazandıqdan sonra Ostin Rivz başda olmaqla, Kevin Dyurant, Kavai Lenard və Kayri İrvinq kimi ulduzların transfer imkanlarını araşdırıb. Lakin bu cəhdlər nəticəsiz qalıb və klub böyük transfer reallaşdıra bilməyib. Nəticədə "Detroyt Pistons" mövcud heyətin inkişafına diqqət ayırmaq qərarına gəlib.


