"Çelsi" "Strasburq" və Argentina millisinin yarımmüdafiəçisi Valentin Barkonun transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu London klubu ilə 2033-cü ilə qədər müqavilə imzalayıb. Transferin məbləği açıqlanmayıb.
Qeyd edək ki, həm "Çelsi", həm də "Strasburq" ABŞ-ın BlueCo konsorsiumuna məxsusdur. Barko ötən mövsüm Fransa Liqa 1-də 27 oyunda meydana çıxıb və 2 qol vurub.


