"İndiana Peysers"in baş məşqçisi Rik Karlayl yaxın vaxtlarda karyerasını başa vurmağı düşünmədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, oktyabr ayında 67 yaşı tamam olacaq mütəxəssis hələ də məşqçilikdən zövq aldığını vurğulayıb.
Karlayl bu barədə Draymond Qrinin podkastında danışıb:
"Heç kim öz yerində lazım olandan artıq qalmaq istəmir. Amma mən bu işi hələ də sevirəm. Hər gün işə gəlmək mənim üçün həzzdir. Bacardığım qədər bu işlə məşğul olmağa davam edəcəyəm".


