İngiltərə Premyer Liqası təmsilçisi "Fulhem" transfer pəncərəsində diqqətçəkən addım ataraq İspaniyanın "Real Madrid"in akademiyasından iki gənc yetirməni rəsmən transfer etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, madridlilər bu satışlardan 50 milyon avro qazandı.
London klubu 22 yaşlı hücumçu Qonsalo Qarsiyanın keçidini böyük investisiya ilə başa çatdırıb:
-
Maliyyə şərtləri: "Fulhem" bu transfer üçün "Kral Klubu"na 40 milyon avro sabit bonservis və əlavə 2 milyon avro bonus ödəyəcək.
-
Xüsusi bəndlər: "Real Madrid" futbolçunun növbəti satışından 30% pay alacaq. Əlavə olaraq, gələcəkdə futbolçunun başqa kluba satış ehtimalı yarandıqda, Madrid təmsilçisi ilk söz (prioritet) hüququna sahib olacaq. Həmçinin, madridlilər geri satınalma hüququna da malikdir.
"Fulhem"in digər həmləsi isə "Real Madrid"in 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi Sesar Palasios (César Palacios) oldu:
-
Ödəniş: İspaniyalı gəncin transferi London klubuna 10 milyon avroya başa gəlib.
-
Gələcək satış payı: Bu müqavilədə də "Real Madrid" gələcək satışdan 30% pay almaq hüququnu özündə saxlayıb. Həmçinin, madridlilər geri satınalma hüququna da malikdir.


