İtaliya Serie A təmsilçisi "Fiorentina" "Yuventus"un portuqaliyalı cinah müdafiəçisi Joao Marionu satınalma opsiyası ilə icarəyə götürdüyünü rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, transferin detalları bu cürdür:
-
İcarə haqqı: "Fiorentina" bu keçid üçün "Yuventus"a 1.8 milyon avro ödəyəcək. Bu məbləğ bir maliyyə ili ərzində ödənəcək.
-
Satınalma opsiyası: Mövsümün sonunda "Fiorentina" futbolçunun transfer hüquqlarını tam almaq qərarına gələrsə, "Yuventus"a əlavə 9.5 milyon avro ödəyəcək.
-
Hissəli ödəniş: Satın alma opsiyası aktivləşdiriləcəyi təqdirdə, 9.5 milyon avroluq məbləğ üç maliyyə ili ərzində hissə-hissə ödəniləcək.


